Bu ilin yanvar-avqust aylarında Azərbaycan Portuqaliyaya 714 min 269,1 ton xam neft ixrac edib.
Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 385 milyon 76 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 8 ayı ilə müqayisədə 3,3 % çox, dəyəri isə 12 % azdır.
Yanvar-avqust aylarında Azərbaycandan Portuqaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,5 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 15 milyon 924 min 752,2 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 8 milyard 396 milyon 5,9 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 32 milyard 118 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 17 milyard 65 milyon ABŞ dolları ixracın, 15 milyard 53 milyon ABŞ dolları isə idxalın payına düşüb.