• Bakı 13° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Rusiya qazının Macarıstana tədarükü yeni rekorda çatıb

İQTİSADİYYAT

16 Oktyabr 2025 | 14:23

Rusiya qazının Macarıstana tədarükü yeni rekorda çatıb

Rusiyanın Macarıstana təbii qaz tədarükü bu il 6 milyard kubmetri keçərək yeni rekorda çatıb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib.

Onun sözlərinə görə, tədarük olunan yanacağın həcmi sutkada 21 milyon kubmetrdən çoxdur və Macarıstanın enerji təhlükəsizliyi üçün kritik əhəmiyyətə malikdir:

"Macarıstan müxtəlif mənbələrdən və marşrutlardan istifadə etməklə, enerji resurslarının şaxələndirilməsini dəstəkləyir. Lakin yaxşı işləyən və etibarlı təchizat xətlərinin bağlanmasının əleyhinədir".

Qeyd edək ki, iyun ayında Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiya qazı və neftinin idxalını mərhələli şəkildə dayandırmaq üçün qanunvericilik təklifini qəbul edib. Macarıstan və Slovakiya planla bağlı ciddi şübhələrini ifadə edərək, sürətli ixtisarların onların enerji təhlükəsizliyini və iqtisadi sabitliyini təhdid edə biləcəyi barədə xəbərdarlıq ediblər. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

15 Noyabr 2025