• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Paşinyan: Qafqazda kommunikasiyaların açılması Çinlə əməkdaşlığı genişləndirəcək

İQTİSADİYYAT

18 Sentyabr 2025 | 13:19 | Müəllif: Gülşən Şərif

Paşinyan: Qafqazda kommunikasiyaların açılması Çinlə əməkdaşlığı genişləndirəcək

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması Ermənistanla Çin arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə bildirib.

O qeyd edib ki, Çinlə 2025-ci ilin avqustunda strateji tərəfdaşlığın qurulması Ermənistanın hazırkı hökumətinin mühüm xarici siyasi uğurudur.

"Ölkələrimizin biznes dairələrinin iqtisadiyyat və digər sahələrdə əməkdaşlığı dərinləşdirməsi üçün müsbət siyasi təkan var və tərəfdaşlarımız sadəcə bu imkanlardan istifadə etməlidirlər", - N.Paşinyan deyib.

Onun sözlərinə görə, məsafədən qaynaqlanan nəqliyyat məhdudiyyətlərinə baxmayaraq, regional infrastrukturun blokdan çıxarılması bu problemlərin bir çoxunu həll edə bilər.

"Yüklərin dəmir yolu ilə Çinə çatdırılması üçün imkan yaranır. Bu, tamamilə yeni iqtisadi vəziyyətdir", - baş nazir vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026