• Bakı 25° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Rusiya Konstantinovkada bazara zərbə endirdi: 3 ölü, 4 yaralı

DÜNYA

20 Avqust 2025 | 19:22

Rusiya Konstantinovkada bazara zərbə endirdi: 3 ölü, 4 yaralı

Avqustun 20-də Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətindəki Konstantinovka bazarına raket zərbələri endirib, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Vadim Filaşkin özünün teleqram kanalında məlumat verib.

“Konstantinovkaya endirilən zərbələr nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Ruslar şəhərə səkkiz “Smerç” raketi atıblar, qəsdən bazarı nişan alıblar”, - o bildirib.

Filaşkinin sözlərinə görə, 15 ticarət pavilyonu, 8 fərdi yaşayış evi, 6 çoxmərtəbəli bina, 1 mağaza, 2 avtomobil və elektrik xətləri ziyan görüb.

Donetsk VHA rəhbəri Rusiya Silahlı Qüvvələrinin davam edən zərbələri ilə əlaqədar bölgə əhalisini dərhal təxliyə olmağa çağırıb.


SON XƏBƏRLƏR