• Bakı 28° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1091

Yeni mühitə adaptasiya olmaq istəyiriksə…

CƏMİYYƏT

20 Avqust 2025 | 15:38

Yeni mühitə adaptasiya olmaq istəyiriksə…

“Biz yeni mühitə adaptasiya olmaq istəyiriksə, bir körpü yaratmalıyıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, bu prosesdə əsas məqam bacarıq və bilikləri ifadə etmək üçün doğru anı gözləməkdir.

R.Nəcəfov qeyd edib ki, yeni mühitdə yaranan çətinliklərdən biri baş verən hadisəni fəlakətləşdirməkdir:

"Bəzən düşünürük ki, biz səhv etməməliyik. Amma belə bir şey yoxdur. Səhv etmək normaldır. Bunu qəbullanmaq lazımdır. Öyrənməyə açıq olmaq, suallar verməkdən çəkinməməliyik. Bir məsələni bildiyimizi göstərmək üçün bilmədiyimiz işdə etdiyimiz səhvlər daha böyük problemlər yarada bilər".

Mina Mikayılova


SON XƏBƏRLƏR