• Bakı 23° C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum oldu

CƏMİYYƏT

19 Sentyabr 2025 | 13:13

Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum oldu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, sərginin Təşkilat Komitəsi tərəfindən tanınmış şair Rüstəm Behrudi və şair-esseist Qismət Rüstəmov sərginin fəxri yazarları seçiliblər.

    Qeyd edək ki, sərgidə paytaxt sakinlərinin və qonaqların rahat iştirakını təmin etmək məqsədilə “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə mütəmadi xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək. Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır. Bütün ziyarətçilər üçün giriş ödənişsizdir.


    SON XƏBƏRLƏR

    18 Sentyabr 2025