• Bakı 17° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Bakının mərkəzində söküntü: Bu ərazilər yenidən qurulur - VİDEO

CƏMİYYƏT

18 Oktyabr 2025 | 17:58

Bakının mərkəzində söküntü: Bu ərazilər yenidən qurulur - VİDEO

Akademik Həsən Əliyev küçəsi ilə metronun "Koroğlu" stansiyasını birləşdirən yeni avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası aparılır.

Bakıvaxtı.az AzTV-yə istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə bu yolun akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər olan hissəsinin tikintisinin sürətlə davam etdirildiyini bildirib.

"Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib. Hazırda yolun inşası sürətlə davam etdirilir”, - o bildirib.

Daha ətraflı videomaterialda:


SON XƏBƏRLƏR