• Bakı 25° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına məktəb və müəllim seçimi başlayıb

CƏMİYYƏT

22 Iyul 2025 | 16:05

Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına məktəb və müəllim seçimi başlayıb

Ümumi təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib.

Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, saat 16:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada seçimlə əvəz olunur.

Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.


SON XƏBƏRLƏR

07 Sentyabr 2025
06 Sentyabr 2025