• Bakı 20° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Nazirlik: İnternet probleminin səbəbi araşdırılır, ictimaiyyətə məlumat veriləcək

CƏMİYYƏT

21 Avqust 2025 | 15:27 | Müəllif: Əli Hüseynov

Nazirlik: İnternet probleminin səbəbi araşdırılır, ictimaiyyətə məlumat veriləcək

Xəbər verdiyimiz kimi, Azərbaycanda internetdə problemlər müşahidə olunur.

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, yaranan nasazlıq araşdırılır:

"Problem yeni baş verib, buna görə də hazırda araşdırma aparılır. İctimaiyyətə bu barədə məlumat veriləcək".

***

15:10

Azərbaycanda internetdə problemlər müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, internetdə 10-15 dəqiqəlik aralıqlarla yaranan fasilələr həm mobil şəbəkələrdə, həm də provayderlərin xidmətlərində müşahidə olunub.

Hadisənin səbəbi hələlik açıqlanmayıb. Qeyd olunur ki, əsasən media resurslarına girişdə əngəllər yaşanır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026