• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq

CƏMİYYƏT

21 Avqust 2025 | 14:06 | Müəllif: Əli Hüseynov

Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq

"Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur".

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq DİM tərəfindən bildirilib.

Qeyd olunub ki, hazırda müsabiqə nəticələrinin emalı davam edir və ümumi müsabiqədən əvvəl ali təhsil müəssisələrinə (xüsusi təyinatlı təhsil müəssisələri, Azərbaycan – Fransız Universiteti,  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) yerləşdirilənlərin, o cümlədən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunanların siyahıları dəqiqləşdirilir.

"Bu proses müəyyən qədər vaxt tələb edir. Müsabiqə nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur".

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026