• Bakı 26° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Rəsmi Tbilisi Azərbaycan və Türkiyə ilə üçtərəfli formatın gücləndirilməsinə böyük önəm verir

SİYASƏT

22 Iyul 2025 | 13:33

Rəsmi Tbilisi Azərbaycan və Türkiyə ilə üçtərəfli formatın gücləndirilməsinə böyük önəm verir

Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinə böyük önəm verir.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə açıqlamasında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əlaqələri xüsusi qeyd etmək istəyirəm. Ölkələrimiz arasındakı bu üçtərəfli format mühüm formatdır. Gürcüstan üçtərəfli formatda əməkdaşlığın güclənməsinə böyük əhəmiyyət verir”, - gürcü nazir qeyd edib.


SON XƏBƏRLƏR