• Bakı 26° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Nazir: Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalıdır

SİYASƏT

22 Iyul 2025 | 13:19

Nazir: Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalıdır

Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması üçün Ermənistanda referendum keçirilərək konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı, həmçinin ATƏT-in Minsk Qrupu ləğv edilməlidir.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Referendumun keçirilməsi, öz əhəmiyyətini itirmiş və heç bir əməli mövcudluğu olmayan Minsk prosesi təsisatlarının, eyni zamanda, Minsk Qrupunun ləğvi istiqamətində addımların atılması zəruridir”, - Ceyhun Bayramov qeyd edib.

Ceyhun Bayramov qeyd edib ki, görüş zamanı Maka Boçorişviliyə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri barədə, həmçinin keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışı prosesi, görülən nəhəng işlər barədə məlumat verib. O, mina probleminin təhlükəsiz qayıdışın qarşısında əsas problem olaraq qaldığını vurğulayıb.


SON XƏBƏRLƏR