• Bakı 26° C

    9.53 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyi artırılacaq

SİYASƏT

22 Iyul 2025 | 16:20

Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyi artırılacaq

Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyi artırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana görə, Azərbaycanda ali təhsildə beynəlxalq ikili diplom proqramlarının sayı artırılacaq və onların icrası 2030-cu ilədək davam etdiriləcək.

Qərara əsasən, hazırda həyata keçirilən 6 ikili diplom proqramının sayı 8-ə çatdırılacaq. Bu proqramlar inkişaf etmiş ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və əsas hədəf yeni nəsil mütəxəssislərin hazırlanması, eləcə də Azərbaycanın ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsidir.

Sənədə görə, proqramların maliyyələşdirilməsi Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək. Nazirlər Kabinetinə isə 4 ay ərzində proqramların tərəfdaş ali məktəblərinin seçimi, maliyyələşdirilməsi və həyata keçirilməsi ilə bağlı qaydaları hazırlayıb təqdim etmək tapşırılıb.

Elm və Təhsil Nazirliyi isə proqramların konkret tərəfdaş universitetlərlə icrası, tədris proqramlarının seçimi və maliyyələşdirmə ehtiyaclarının müəyyənləşdirilməsi üzrə işlərə cavabdeh olacaq.


SON XƏBƏRLƏR