• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Daha 198 nəfər Cəbrayıla qovuşdu - FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

22 Iyul 2025 | 15:20 | Müəllif: Qalib İbrahimoğlu

Daha 198 nəfər Cəbrayıla qovuşdu - FOTOLAR - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 198 nəfərdən ibarət 53 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

***

08:42

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 53 ailə - 198 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.


Daha 198 nəfər Cəbrayıla qovuşdu - FOTOLAR - YENİLƏNİBDaha 198 nəfər Cəbrayıla qovuşdu - FOTOLAR - YENİLƏNİBDaha 198 nəfər Cəbrayıla qovuşdu - FOTOLAR - YENİLƏNİBDaha 198 nəfər Cəbrayıla qovuşdu - FOTOLAR - YENİLƏNİBDaha 198 nəfər Cəbrayıla qovuşdu - FOTOLAR - YENİLƏNİBDaha 198 nəfər Cəbrayıla qovuşdu - FOTOLAR - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026