• Bakı 26° C

    9.17 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Yutubda "trend" ləğv olundu

ŞOU

22 Iyul 2025 | 17:50

Yutubda trend ləğv olundu

İllərdi "YouTube" məşhur olan “Trend” və “Trend Now” bölmələri ləğv edilib.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, 2015-ci ildə istifadəyə verilən bu bölmə istifadəçilərə yutubda dünyada nələr baş verdiyini göstərirdi.

Yutub rəsmilərinin açıqlamasına görə, istifadəçi davranışlarındakı dəyişikliklər bu qərara səbəb olub. İzləyicilər artıq trend mövzularını əsasən sözügedən sosial ölatformada tövsiyələri, axtarış təklifləri, "shorts", şərhlər vasitəsilə öyrənirlər.

Əlavə olunub ki, bu dəyişikliklər fonunda, xüsusilə son beş il ərzində trend səhifəsinə baxışların əhəmiyyətli dərəcədə azaldığını müşahidə edilib. 

Trend səhifəsi ləğv edildikdən sonra istifadəçilər "YouTube Charts" bölməsində musiqi, həftəlik podkastlar və film treylerləri kimi kateqoriyalar üzrə ən populyar məzmunları izləyə biləcəklər.


SON XƏBƏRLƏR

22 Iyul 2025