• Bakı 29° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Məşhur müğənni GÜLLƏLƏNDİ - FOTO

ŞOU

20 Avqust 2025 | 09:30

Məşhur müğənni GÜLLƏLƏNDİ - FOTO

"Eniqma Nortenyo" musiqi qrupunun qurucusu olan müğənni Ernesto Baraxas Meksikanın qərbində yerləşən Xalisko ştatında naməlum şəxslər tərəfindən güllələnib.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Milenio" qəzeti məlumat yayıb.

Bildirilir ki, bundan əvvəl ifaçı yerli karteldən təhdidlər alıb. 2023-cü ildə onun qrupunun konserti ulduzun həyatı üçün təhlükə səbəbindən ləğv edilib.

İlkin məlumatlara görə, Baraxas adı açıqlanmayan digər kişi ilə birlikdə avtomobilə minmək istəyərkən silahlı hücum zamanı öldürülüb. Hazırda polis araşdırma aparır.

"Eniqma Nortenyo" qrupu 2004-cü ildə yaradılıb. Son illər, xüsusilə ABŞ-də tanınıb və uğurlar qazanıb. Qrupun mahnıları radioda səslənib.

Qrupun rəsmi sosial şəbəkəsində bir milyondan çox izləyicisi var.


SON XƏBƏRLƏR

19 Avqust 2025