• Bakı 26° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Sumqayıtda tikintidə fəhlə torpaq uçqunu altında qalaraq ölüb - YENİLƏNİB

HADİSƏ

22 Iyul 2025 | 15:37

Sumqayıtda tikintidə fəhlə torpaq uçqunu altında qalaraq ölüb - YENİLƏNİB

İyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

***

14:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayonda torpaq uçqununun baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, torpaq uçqunu baş verib və 1 nəfər köməksiz vəziyyətdə qalıb.

    Həyata keçirilən tədbirlər nəticəsində uçqun altında köməksiz vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    ***

    13:41

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi yaxınlığında 1 nəfərin torpaq uçqunu altında qalması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    ***

    12:51

    Sumqayıt şəhərində yeni tikilən binalardan birində bədbəxt hadisə baş verib.

    Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki,hadisə Şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə dağıntılar altında qalıb.

    Hadisə zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun dağıntılar altında qaldığı bildirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR