• Bakı 26° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

İstanbul diplomatiyası yenidən gündəmdə: Rusiya-Ukrayna müharibəsi bitir?

SİYASƏT

22 Iyul 2025 | 12:43

İstanbul diplomatiyası yenidən gündəmdə: Rusiya-Ukrayna müharibəsi bitir?

Rusiya və Ukrayna arasında növbəti danışıqlar raundunun yenidən İstanbulda keçirilməsi ehtimalı diplomatik müstəvidə mühüm bir dönüş kimi qiymətləndirilir.

TASS agentliyinin verdiyi məlumata görə, müzakirələrin iyulun 24-25-də baş tutması gözlənilir. Bu, tərəflərin yenidən Türkiyənin vasitəçiliyi ilə masa arxasına əyləşməyə hazır olduqlarını göstərir.

İstanbul daha əvvəl də bu iki dövlət arasında danışıqlara ev sahibliyi etmiş və nəticə etibarilə, xüsusilə taxıl dəhlizi ilə bağlı anlaşmaların əldə olunmasına şərait yaratmışdı. Hazırkı mərhələdə müharibənin davam etdiyi, tərəflərin strateji mövqelərində böyük fərqlərin qaldığı bir vaxtda danışıqların bərpası hər nə qədər ümumi barış ümidlərini tam bərpa etməsə də, müəyyən texniki və humanitar məsələlər üzrə irəliləyişlər üçün platforma rolunu oynaya bilər.

Türkiyənin vasitəçilik təşəbbüsləri və regional sabitliyə verdiyi önəm bu prosesdə önəmli amillərdəndir. Bu kontekstdə, İstanbulun bir daha diplomatik dialoqun mərkəzinə çevrilməsi, təkcə münaqişənin tərəfləri üçün deyil, həm də qlobal ərzaq və enerji təhlükəsizliyi baxımından da vacib addımdır.

Danışıqlardan gözləntilər ehtiyatla yanaşılsa da, dialoqun özü belə müharibənin diplomatiya ilə həll oluna biləcəyi inancını diri saxlayır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR