• Bakı 25° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Şuşa Forumu: Beynəlxalq media orqanları ilə əlaqələr müstəvisində ən yüksək fəaliyyət

SİYASƏT

22 Iyul 2025 | 15:37

Şuşa Forumu: Beynəlxalq media orqanları ilə əlaqələr müstəvisində ən yüksək fəaliyyət

"Üçüncü Qlobal Media Forumunun Qarabağda, Xankəndidə keçirilməsi və bunun ənənəvi hal alması Azərbaycanın xarici diplomatiya, media diplomatiyası, beynəlxalq media orqanları ilə əlaqələri müstəvisində ən yüksək fəaliyyətdir".

Bu barədə siyasi şərhçi, jurnalist Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, qarşı tərəf, yəni Ermənistan öz lobbiçilik fəaliyyətləri sayəsində dünyanın müxtəlif media orqanlarının işinə müdaxilə edərək, istər parlament, istərsə də Senat və Konqres səviyyəsində dünya icimaiyyətini dəyişməyə çalışırlar:

"Lakin Azərbaycanda rəhbərlik səviyyəsində uzaqgörən, düşünülmüş siyasətin, yüksək fəaliyyətin həyata keçirilməsi erməni tərəfinin istənilən lobbi fəaliyyətidən daha üstündür. Rusiya ilə yaranmış qarşıdurmanın, Azərbaycanın Avropa və ABŞ ilə yaxınlaşmanın, Türkiyə ilə münasibətlərin ən yüksək səviyyədə olmasının III Şuşa Media Forumunda dünya ictimaiyyətinin diqqətinə çatdırılması çox effektli bir vasitədir”.

Fuad Abbasov, siyasi şərhçi

Müsahibimiz ümid edir ki, belə forumlar davamlı olacaq. Onun sözlərinə görə, daha çox, daha nüfuzlu, dünyaya xitab edən media orqanlarının nümayəndələrinin də Forumda iştirakı baş tutacaq. CNN, BBC və digər media orqanlarının informasiya təbliğatı dünya ictimaiyyəti tərəfindən yüksək səviyyədə qiymətləndirilir:

“Bunlar sadəcə öz ictimaiyyətlərinə deyil, dünyaya təsir göstərmək gücündədir. Ona görə də belə forumlar sadəcə jurnalistlər və blogerlər səviyyəsində olmamalıdır".

Aydın Baxış


SON XƏBƏRLƏR