• Bakı 25° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Azərbaycanın dövlət borcu açıqlanıb

İQTİSADİYYAT

22 Iyul 2025 | 13:38

Azərbaycanın dövlət borcu açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 695,6 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,9 %-i qədər olub.

Bakıvaxtı.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin iyulun 1-i ilə müqayisədə 0,004 % azdır.

Dövlət borcunun 5 milyard 010,7 milyon ABŞ dolları və yaxud 8 milyard 518,2 milyon manatı xarici (ÜDM-in 6,6 %-i qədər), 17 milyard 177,4 milyon manatı isə daxili (ÜDM-in 13,1 %-i qədər) dövlət borcları təşkil edir. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6 % az və 3,7 % çoxdur.


SON XƏBƏRLƏR