Kəpək yanlış saç baxım vasitələrinin istifadəsi, saçın qeyri-adekvat qidalanması və digər bu kimi problemlər nəticəsində yarana bilər.
Bakıvaxtı.az xəbər verir ki, saç tökülməsinə səbəb olan kəpək bəzi təbii vasitələrlə müalicə edilə bilər:
Aloe vera geli: Aloe vera bitkisinin təbii geli baş dərisindəki qaşınma və qabıqlanmanı aradan qaldırmağa kömək edir. Bu üsuldan faydalanmaq üçün təbii aloe vera gelini saç dərinizə masaj vasitəsilə tətbiq etmək və 20-30 dəqiqə gözlətmək lazımdır.
Kakos yağı: Antifungal və antibakterial xüsusiyyətləri sayəsində kokos yağı saçların köklərində iltihabın qarşısını alır, eyni zamanda baş dərisini nəmləndirir və sakitləşdirir. Bu üsuldan faydalanmaq üçün kokos yağını saç dərisinə masajla tətbiq etmək lazımdır. 30-40 dəqiqə gözlədikdən sonra saç şampunla yuyulmalıdır.
Soda: Soda baş dərisindən ölü dəri hüceyrələrini çıxarır və kəpəyi azaldır. Bu üsuldan istifadə etmək üçün birbaşa nəm saça az miqdarda soda tətbiq edilir və yuyulmadan əvvəl 2-3 dəqiqə saxlanılır.
Alma sirkəsi ilə durulama: Alma sirkəsi saçda pH balansını tənzimləyir və göbələklərin böyüməsinin qarşısını alır. Bu üsuldan istifadə etmək üçün 1 stəkan suya 2 xörək qaşığı alma sirkəsi əlavə etmək və duşdan sonra saçların köklərinə çəkmək lazımdır. 10 dəqiqə gözlətdikdən sonra isə durulanır.
Mina Mikayılova