"Zirə" "Hayduk"la oyuna yetərincə hazırlaşa bilməyib.
Bakıvaxtı.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
O, sabah güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:
"Bizim üçün avrokubok mövsümü başlayır. Oyuna yetərincə yaxşı hazırlaşdığımızı deyə bilmərəm. Əla olmasa da, normal səviyyədə hazırlaşmışıq. Düşünürəm ki, sabah maraqlı və gərgin oyun gözləyir. İnşallah, əlimizdən gələni edəcəyik ki, sabah rəqib üzərində üstünlük yarada bilək. Azarkeşlərdən tribunaları doldurmaqlarını istəyərdim. Onlara ehtiyacımız var".
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.