• Bakı 25° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Bu gün cüdoçularımız Skopye-2025-də mübarizəyə başlayırlar

İDMAN

22 Iyul 2025 | 14:59

Bu gün cüdoçularımız Skopye-2025-də mübarizəyə başlayırlar

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışları start veriləcək.

Milli Olimpiya Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, ilk yarış günündə üç çəki dərəcəsində 3 cüdoçumuz tatami üzərinə çıxacaq. Əsas medal ümidlərimizdən olan cüdo yarışlarında qızlar arasında Gülşən Hüseynovas (-44 kq), oğlanların mübarizəsində isə Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) qüvvəsini sınayacaq.

Mübarizəyə 1/4 finaldan başlayacaq Avroopa üçüncüsü Gülşən Hüseynova ilk qarşılaşmasında Sara Coni (Böyük Britaniya) - Laura-Sofi Kunyik (Avstriya) görüşünün qalibi ilə qarşılaşacaq.

Rza Xəlilli isə 1/8 finalda Şimali Makedoniya təmsilçisi Angel Radevski ilə üz-üzə gələcək. İlk mərhələdən azad olan son Avropa çempionumuz Rəsul Əlizadə isə 1/8 finalda Nikita Tataryin (Ukrayna) - Riad Kasapi (Kosovo) görüşünün qalibi ilə mübarizə aparacaq.

Yan Sandanski İdman Mərkəzində keçirilən yarışın təsnifat görüşləri Bakı vaxtı ilə saat 14:30-dan etibarən başlayacaq. Final blokuna isə 19:00-da start verləcək.


SON XƏBƏRLƏR