• Bakı 26° C

    9.17 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Azərbaycanda qablaşdırılan dərmanlar tender zamanı 5 il yerli mal hesab olunacaq

CƏMİYYƏT

22 Iyul 2025 | 16:19

Azərbaycanda qablaşdırılan dərmanlar tender zamanı 5 il yerli mal hesab olunacaq

Prezident İlham Əliyev "Dövlət satınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə 19 avqust 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, istehsal prosesinin qablaşdırma mərhələsi ölkə ərazisində həyata keçirilən dərman vasitələri və dərman maddələri 2025-ci il iyunun 1-dən 5 il müddətinə “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq satınalma güzəştinin tətbiqi məqsədilə yerli mal hesab edilir.


SON XƏBƏRLƏR

22 Iyul 2025