Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci il üçün qlobal qaz tələbinin artımı ilə bağlı proqnozunu əvvəlki 1,5%-dən 1,3%-ə endirib. Lakin 2026-cı ildə qaz istehlakında yeni rekord gözlənilir.
Bu barədə Bakıvaxtı.az Agentliyin hesabatına istinadən xəbər verir.
“Bazar şərtlərinin sərtləşməsi, ilk növbədə qiymətə həssas olan idxal bazarında qlobal qaz tələbinin artımına təsir edəcək”, - hesabatda qeyd olunur.
Beləliklə, 2025-ci ildə qlobal qaz tələbatı 2024-cü ildəki 4,21 trilyon kubmetr ilə müqayisədə 4,27 trilyon kubmetr təşkil edə bilər.
Agentliyin qiymətləndirməsinə görə, 2026-cı ildə artım tempi 2%-ə qədər sürətlənəcək və nəticədə qlobal qaz istehlakı 4,35 trilyon kubmetr olmaqla yeni rekorda çatacaq.