• Bakı 25° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

“Qalatasaray” Osimhendən sonra daha bir ulduzla anlaşdı

İDMAN

22 Iyul 2025 | 14:43

“Qalatasaray” Osimhendən sonra daha bir ulduzla anlaşdı

Türkiyənin “Qalatasaray” komandası tanınmış qapıçını transfer edəcək.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Mançester Siti” klubunda çıxış edən braziliyalı qolkiper Edersonla razılıq əldə edib.

31 yaşlı əlcək sahibi “cim-bom”un 7 milyonluq maaş təklifinə “hə” deyib.

Əvvəlcə “Mançester Siti”nin transfer üçün “Qalatasaray”dan 15 milyon avro istədiyi, danışıqlardan sonra bu rəqəmin 9 milyon avroya endirildiyi bildirilib.

Qeyd edək ki, Türkiyə nəhəngi daha əvvəl “Napoli”dən Viktor Osimhenlə razılığa gəlib.


SON XƏBƏRLƏR