• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ceyhun Bayramov Gürcüstana təşəkkür etdi

SİYASƏT

22 Iyul 2025 | 13:21

Ceyhun Bayramov Gürcüstana təşəkkür etdi

Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadqurucu tədbirlərin keçirilməsi olduqca önəmlidir.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Ümumilikdə post-münaqişə normallaşması barədə danışarkən biz hər birimiz başa düşürük ki, bu bir prosesdir. Bu, bir günə və ya qısa müddətə başa çatan bir yol deyil. Bu istiqamətdə, o cümlədən cəmiyyətlər arasında etimadqurucu tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, bu istiqamətdə görüşlərin keçirilməsi olduqca önəmlidir. Bu kontekstdə mən xanım nazirə və Gürcüstan tərəfində bir daha təşəkkürümü bildirmək istərdim ki, məhz Gürcüstan tərəfinin təşəbbüsü ilə 17 apreldə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində çox faydalı görüş keçirilib”, - nazir vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026