• Bakı 26° C

    9.17 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

"Mediamız söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalıdır" - Dövlət başçısı

SİYASƏT

22 Iyul 2025 | 19:20

Mediamız söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalıdır - Dövlət başçısı

"Dünyada yeni media landşaftının bərqərar olduğu mürəkkəb rəqabət mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşür".

Bakıvaxtı.az xəbər verir ki, xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümü münasibətilə media nümayəndələrinə təbrik məktubunda yer alıb.

"Belə ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və “deepfake”lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır", - deyə dövlət başçısı bildirib. 


SON XƏBƏRLƏR

22 Iyul 2025