"Rokun atası" hesab edilən və "Black Sabbath" qrupunun həmtəsisçisi Ozzi Osborn dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, musiqiçi 76 yaşında vəfat edib.
Ozzi Osborn 2003-cü ildən parkinson xəstəliyindən əziyyət çəkirdi.
O, sonuncu dəfə "Back to the Beginning" adlı vida konsertini verib və onun son çıxışını dinləməyə 40 min tamaşaçı gəlib.