• Bakı 26° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Maka Boçorişvili: Siyasi sabitlik ortaq maraqlara xidmət edir

DÜNYA

22 Iyul 2025 | 12:55

Maka Boçorişvili: Siyasi sabitlik ortaq maraqlara xidmət edir

Mövcud geosiyasi şəraitdə Gürcüstan və Azərbaycandakı siyasi sabitlik ortaq maraqların qorunmasına xidmət edir.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib.

M.Boçorişvili çıxışında qeyd edib ki, Gürcüstan regionda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır və bu istiqamətdə ardıcıl səylər göstərir:

“Biz hər zaman qeyd etmişik və bir daha vurğulamaq istəyirik ki, Gürcüstan regionumuzda sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə daim səylər göstərir. Üçtərəfli görüşə ev sahibliyi etmək imkanımız oldu ki, bu da bizim üçün sevindirici haldır.”

Nazir bildirib ki, ikitərəfli görüşdə müxtəlif məsələlər müzakirə olunub və bu cür təşəbbüslər Azərbaycan, Gürcüstan və digər tərəfdaş ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir:

“Mövcud geosiyasi şəraitdə Gürcüstan və Azərbaycandakı siyasi sabitlik ortaq maraqlarımızın qorunmasına xidmət edir. Biz ölkələrimizin milli maraqlarını nəzərə alaraq, əlaqələrimizi daha da gücləndirməli və mövcud potensialdan səmərəli şəkildə istifadə etməliyik”.

Boçorişvili, həmçinin gələcəkdə daha intensiv təmasların olacağına ümid etdiyini bildirib:

“Ümid edirəm ki, gələcəkdə daha tez-tez görüşmək və əməkdaşlığımızı genişləndirmək üçün imkanlarımız olacaq. Ölkələrimizi maraqlandıran məsələlər ətrafında müzakirələr davam etdiriləcək”.


SON XƏBƏRLƏR