Sabunçu rayonunda yaşayış evində yanğın olub.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, rayonda bir dam altında tikilən, iki ailənin yaşadığı ümumi sahəsi 170 m² olan birmərtəbəli evlərdən sahəsi 100 m² olan dörd otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.