UEFA Konfrans Lqiasının II təsnifat mərhələsinin ilk oyunlarına bu gün start veriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan klublarından “Zirə” ilk sınağına çıxacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Bakıda “Hayduk”la üz-üzə gələcək. Yunanstanlı FIFA referisi Kristos Vergetisin idarə edəcəyi görüş “Neftçi Arena”da, saat 19:30-da start götürəcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
19:30. “Zirə” (Azərbaycan) - “Hayduk” (Xorvatiya)
Baş hakim: Kristos Vergetis (Yunanıstan).
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.