• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Uşaq bağçasının problemi nəzarətə götürüldü

CƏMİYYƏT

24 May 2025 | 16:58 | Müəllif: Gülşən Şərif

Uşaq bağçasının problemi nəzarətə götürüldü

 25 nömrəli körpələr evi-uşaq bağçasının pəncərələri ilə bağlı məsələ Bakı Şəhəri Təhsil İdarəsi (BŞTİ)  tərəfindən nəzarətə götürülüb.

Bu barədə Bakıvaxtı.az-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, 25 nömrəli körpələr evi-uşaq bağçasında kommunal problemlərə dair iddialarla bağlı araşdırma aparılıb:

"Uşaq bağçasının boru xətləri mart ayının bayram günlərində təmir edilib. Bağçanın pəncərələri ilə bağlı məsələ də BŞTİ tərəfindən nəzarətə götürülüb. Yaxın zamanda məsələnin həlli istiqamətində müvafiq işlər görüləcək".

Qeyd edək ki, bir müddət əvvəl Bakının Səbail rayonundakı 1825-ci ilə aid binada yerləşən körpələr evi-uşaq bağçasının təmirsiz vəziyyəti ilə bağlı görüntülər televiziya tərəfindən işıqlandırılıb.

Belə ki, bağçanın sanitar qovşağından axan çirkab suları sakinlərin mənzillərini yararsız hala salıb. 8 ailənin yaşadığı mənzilin ikinci mərtəbəsində fəaliyyət göstərən uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğu bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026