• Bakı 22° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Ət ürək xəstəliyinə səbəb olurmuş

CƏMİYYƏT

23 Iyun 2025 | 16:41

Ət ürək xəstəliyinə səbəb olurmuş

Ətin müntəzəm istehlakı ürək xəstəliklərinə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu rusiyalı həkim Anastasiya Lozikova "RİA Novosti"yə müsahibəsində deyib. 

Onun sözlərinə görə, həddindən artıq yağlı donuz və ya mal əti ürək-damar xəstəliklərinin, o cümlədən koroner ürək xəstəliyinin inkişafına səbəb olur.

“Ətin zərəri məhsulun özündə deyil, onun miqdarında, yağlı komponentlərində, o cümlədən sousda və ya çörəkdə, yəni, hazırlanma üsulundadır”, - deyə mütəxəssis aydınlaşdırıb.

Lozikova yağsız mal və ya dana ətini seçməyi, buxarda bişirməyi, bişirərkən ətə tərəvəz əlavə etməyi tövsiyə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR