“Qanazlığından şübhələnən valideynlər üçün ən vacib addımlardan biri, vaxtında pediatra müraciət etməkdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Xalidə Hacıyeva deyib.
Onun sözlərinə görə, düzgün laborator analizlər vasitəsilə uşağın qan göstəriciləri yoxlanılmalıdır:
“Bu analiz vasitəsilə hemoglobinin səviyyəsi, eritrositlərin (qırmızı qan hüceyrələrinin) sayı, habelə onların ölçü və tərkibi müəyyən edilir. Əgər bu göstəricilərdə dəyişiklik varsa, həkim müvafiq olaraq qanda dəmir səviyyəsini, ferritin (dəmirin ehtiyat forması), ümumi dəmir bağlama qabiliyyəti və transferin vit b12 və fol turşusu kimi əlavə müayinələr təyin edə bilər”.
“Bu müayinələr anemiyanın səbəbini dəqiqləşdirməyə kömək edir və həkimə doğru müalicə planı qurmağa imkan yaradır”, - deyə Xalidə Hacıyeva əlavə edib.
Mina Mikayılova