• Bakı 26° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Çoxu bir dərd, azı başqa dərd: Duz balansını necə qoruyaq?

CƏMİYYƏT

22 Avqust 2025 | 13:58

Çoxu bir dərd, azı başqa dərd: Duz balansını necə qoruyaq?

 Qidalanma zamanı ən çox müzakirə olunan məsələlərdən biri də duzdan istifadədir. Bəzi insanlar duzdan həddindən artıq istifadə etdikləri halda, bir çoxları də ondan tamamilə imtina etməyə çalışır.

Bəs əslində hansı daha doğrudur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, elmi araşdırmalar və təcrübələrə görə, həddindən artıq duz qəbulu böyrək daşlarının yaranmasına və böyrəklərdə duzlaşmaya səbəb olur.

Günay Lətifova, terapevt

G.Lətifova qeyd edib ki, bu proses nəticəsində bədənin artıq suyu xaric etmə funksiyası zəifləyir ki, bu zaman orqanizmdə ödəm toplanır və limfa sisteminə əlavə yük düşür.

Müsahibimiz qeyd edib ki, bəzi dietoloqlar, ümumiyyətlə duzun pəhrizdən çıxarılmasını tövsiyə edirlər. Terapevt bu yanaşmanı da doğru saymır:

“Çünki orqanizmin ehtiyac duyduğu bəzi vacib elementlər məhz duzdan əldə olunur. Əsas məsələ balansın qorunmasıdır”.

“Duz tamamilə qadağan olunmamalıdır, lakin miqdarına diqqət edilməlidir. Az miqdarda istifadə həm orqanizmin ehtiyaclarını qarşılayır, həm də sağlamlığa ziyan vurmur”, - deyə Günay Lətifova qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR