• Bakı 26° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Deputat onun adından yayılan xəbərlərə REAKSİYA VERDİ

CƏMİYYƏT

22 Avqust 2025 | 14:31

Deputat onun adından yayılan xəbərlərə REAKSİYA VERDİ

Milli Məclisin deputatı Məlahət İbrahimqızı "TikTok" sosial şəbəkəsində onun haqqında yayılan iddialara cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, deputat onun Azərbaycandan getmiş ermənilərə 30 il pensiya verilməsini təklif etməsi ilə bağlı iddiaların tamamilə əsassız olduğunu bildirib.

Məlahət İbrahimqızı əslən Qərbi Azərbaycandan olduğunu bildirib və 1987–1991-ci illərdə erməni vandalları tərəfindən ailəsinin mülk və evlərinin qəsb edildiyini söyləyib:

"Mən Qərbi Azərbaycandan qovulmuş yüzminlərlə soydaşlarımızdan biriyəm. Belə bir acı tarixi yaşamış bir insanın bu cür fikir söyləməsi mümkün deyil.

Bu yalanları yayan şəxslərə bir daha xatırlatmaq istəyirəm: provokativ, böhtan xarakterli və troll yazılarından əl çəksinlər. Azərbaycan ictimaiyyəti, eləcə də mənim seçicilərim uzun illərdir mənim mövqeyimi tanıyır və bu cür yalanlara və saxta məlumatlara heç vaxt inanmayacaq".

Mina Mikayılova


SON XƏBƏRLƏR