• Bakı 19° C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Xankəndi şəhərinə mediatur təşkil olunub - FOTOLAR

CƏMİYYƏT

21 Sentyabr 2025 | 14:20

Xankəndi şəhərinə mediatur təşkil olunub - FOTOLAR

Mədəniyyət Nazirliyi tərəfindən 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə, eləcə də “Konstitutsiya və Suverenlik İli” çərçivəsində Xankəndi şəhərinə mediatur təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, media nümayəndələri şəhərdəki Konqres Mərkəzi, Biznes Mərkəzi, inşası davam etdirilən Zəfər parkı, Zəfər Muzeyi, Qarabağ Universiteti və digər əsas müəssisələrlə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Şamxal Adıgözəlov media təmsilçilərinə müəssisələr haqqında ətraflı məlumat verib, onların suallarını cavablandırıb.

Media təmsilçiləri səfər müddətində Mədəniyyət Nazirliyi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən 20 sentyabr - Xankəndi Şəhəri Günü tədbirlərinə də qatılıblar.

Həm Xankəndi ilə tanışlıq, həm də Şəhər Günü münasibətilə təşkil olunan mədəni tədbirlər media nümayəndələrində unudulmaz təəssürat yaradıb.

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" 19 sentyabr 2024-cü il tarixində Sərəncam imzalayıb. Sərəncamla 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi təqvimimizə yazılıb.


SON XƏBƏRLƏR

20 Sentyabr 2025