"Son zamanlar əsas hədəf icra başçılarıdır".
Bunu Bakıvaxtı.az-a deputat Razi Nurullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin həbsindən danışarkən deyib.
Deputat vurğulayıb ki, onların ən önəmli işi yerli inkişafla məşğul olmaq və əhalini məmnun etməkdir:
"Narahatlıqlar, narazılıqlar var və bizə də müraciətlər olur. Ancaq son vaxtlar böyük irəliləyişlər var. Açığı Qax Rayon İcra Hakimiyyətinin başçısının tutulmasına üzüldüm. Həm də çox. Onunla üz-üzə gəlməmişik, yaxından görməmişəm. Bu yaxında bir məktub daxil olmuşdu mənə. Əlaqə saxladım. Çox hörmət və qayğı ilə yanaşdı. Gün ərzində üç dəfə əlaqə saxlayıb əlavə məlumatları da verdi. Gördüm ki, həddindən artıq diqqət göstərdi. Onunla tək və yeganə təmasım belə olub və onu yaxşı mənada yaddaşıma yazmışam. Allah qapısını açsın".
Razi Nurullayev: Lap böyüklərinə rəsmi şikayət ünvanlayacam, nəticə olmasa...
Müsahibimiz əlavə edib ki, icra hakimiyyətlərindən də kənar müxtəlif sahələrdə dövlət orqanlarından şikayətlər alırlar:
"Şikayətlərin bəziləri isə çox ciddi əsaslara söykənir. Hələ də vəzifəsindən şəxsi varlanma üçün istifadə edənlər və vətəndaşları incidənlər, hətta deyərdim ki, zülm edənlər var. İstərdim ki, onlar ifşa olunsunlar və ciddi cəzalandırılsınlar. Siyahımda olanlar var və mən onlarla bağlı lap böyüklərinə rəsmi şikayət ünvanlayacam. Nəticə olmasa, məcburiyyət qarşısında ictimailəşdirəcəm".
Aydın Baxış