• Bakı 19° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Sığınacaqdan başlayan sevgi hekayəsi: Səma və Rüfət EVLƏNİR

CƏMİYYƏT

23 Iyun 2025 | 14:29 | Müəllif: Əli Hüseynov

Sığınacaqdan başlayan sevgi hekayəsi: Səma və Rüfət EVLƏNİR

Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində böyüyən iki gənc - Səma və Rüfətin toy mərasimi baş tutacaq. Onlar illər ərzində həm şəxsi, həm də peşəkar inkişafları ilə nümunə olublar.

Bakıvaxtı.az-ın məlumatına görə, Modern.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, Səma 12 yaşından etibarən onun qəyyumluğu altında böyüyüb:

“Səma bacarıqlı, iradəli və mübariz bir qızdır. O, 2023-cü ildə “İlin mübariz qızı” adına layiq görülüb, təhsilini uğurla davam etdirir və müxtəlif təlimlərdə fəal iştirak edir”.

K.Ağazadə vurğulayıb ki, Rüfət Zəkizadənin də birliyə bağlı yolu uzun illərə dayanır:

“O, 7 ildir qurumda könüllü kimi fəaliyyət göstərir. Əvvəlcə sosial müşaiyət sahəsində çalışan Rüfət sonradan videoqrafiya bacarıqları ilə seçilib, hazırda isə təşkilatın mətbuat xidmətinə rəhbərlik edir”.

Kəmalə Ağazadənin sözlərinə görə, o, bu il yüksək peşə təhsilini başa vurub, subbakalavr dərəcəsi alıb və moda dizaynı ixtisası üzrə universitetin ikinci kursuna qəbul olunmağa hazırlaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026