• Bakı 26° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Şuşada bədii qiraət saatı təşkil olunub - FOTOLAR

CƏMİYYƏT

23 Iyul 2025 | 14:06

Şuşada bədii qiraət saatı təşkil olunub - FOTOLAR

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə reallaşan Vaqif Poeziya Günləri çərçivəsində iyulun 22-də Şuşa şəhərindəki “Qarabağ” hotelinin qarşısındakı meydanda bədii qiraət saatı təşkil olunub.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Şair, esseist Fərid Hüseynin aparıcılığı ilə tanınmış bədii qiraətçilər - Əməkdar artist Ağalar Bayramov, Xəzər Süleymanlı, Yaşar Kamal və başqaları poeziya nümunələrini həzin musiqi nömrələrinin sədaları altında səsləndiriblər.

Bundan əlavə, yazıçı, şair, dramaturq Seyran Səxavət, şair, tərcüməçi İmir Məmmədli və digər müəlliflər öz şeirlərini poeziyasevərlərin diqqətinə çatdırıblar.

Tamaşaçılar poeziya gecəsindən böyük zövq alıblar.


SON XƏBƏRLƏR