• Bakı 28° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Yanğınsöndürmə anbarıdan su alveri: Əhalinin təhlükəsizliyi təhlükədə

CƏMİYYƏT

23 Iyul 2025 | 13:50

Yanğınsöndürmə anbarıdan su alveri: Əhalinin təhlükəsizliyi təhlükədə

Suraxanıda sakinlər susuzluqdan əziyyət çəkir.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Görüntülərə görə, həyətə gələn su maşını binanın yanğınsöndürmə su anbarından su çəkərək əhali üçün satış həyata keçirir.

Şikayətçilər yanğınsöndürmə su anbarından götürülən suyun onlara 30 manata satıldığını iddia edirlər.

Bakıvaxtı.az məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanlayıb.

Qurumdan sorğumuza cavab olaraq olaraq bildirilib ki, görüntüdə əksini tapan su maşını müvafiq sukanal idarəsinə məxsus deyil:

"Buna baxmayaraq, müvafiq sukanal idarəsi də vəziyyətə aydınlıq gətirilməsinə dəstək məqsədilə araşdırmalar aparır".

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

08 Sentyabr 2025