"Avropa İttifaqı (Aİ) üzvlük yolunda Şimali Makedoniyanın yanındadır. Şimali Makedoniyanın gələcəyi Aİ-dədir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Skopyedə Şimali Makedoniyanın Baş naziri Kristian Miskoski ilə görüşdə deyib.
O qeyd edib ki, Qərbi Balkan regionu ölkələrinin Aİ-yə inteqrasiyası bütün bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün ən yaxşı yoldur.
Kristian Miskoski isə ali nümayəndənin ölkəsinə səfərinin Aİ-nin region ölkələrini unutmadığına dair mühüm mesaj olduğunu bildirib.
Qeyd edək ki, Aİ-nin genişlənmə planında Şimali Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Serbiya və Albaniyanın ittifaqa üzvlüyü nəzərdə tutulur.