Türkiyədə Krım-Konqo Hemorragik qızdırması səbəbilə daha bir nəfər həyatını itirib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Çankırıda heyvandarlıqla məşğul olduğu bildirilən 5 uşaq anası 42 yaşlı Fidan Çeküç yüksək hərarət şikayəti ilə Kurşunlu Dövlət Xəstəxanasına müraciət edib.
Bildirilib ki, edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mina Mikayılova