• Bakı 27° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Ermənistan hökuməti arbitraj qərarına münasibət bildirib – YENİLƏNİB

DÜNYA

23 Iyul 2025 | 14:12

Ermənistan hökuməti arbitraj qərarına münasibət bildirib – YENİLƏNİB

Ermənistan hökuməti "Ermənistan Elektrik Şəbəkələri" QSC ilə bağlı arbitraj məhkəməsinin qərarına reaksiya verərək, hamının ölkə qanunvericiliyinə və beynəlxalq müqavilələrə əsaslanmalı olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumətin yaydığı məlumatda bildirilib.

"Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunun 22.07.2025 tarixli qərarı ilə bağlı bildiririk ki, təcili qaydada baxılan məsələlərin (mübahisənin) dairəsi müvəqqəti idarəçinin təyin edilməsi ilə bağlı məqsədlərdən fərqlənir. Xüsusilə, müvəqqəti idarəçinin təyin edilməsinin məqsədi enerji böhranının qəsdən yaradılması risklərinin qarşısını almaqdır", - məlumatda qeyd edilib.

Bundan əlavə, müvəqqəti idarəçinin ictimai asayişi təmin etmək, dövlət təhlükəsizliyinə mümkün təhdidləri aradan qaldırmaq üçün təyin edildiyi bildirilir.

"Xarici arbitrajların qərarları ilə tətbiq olunan təminat tədbirlərinə hörmət edərək, eyni zamanda hər kəs Ermənistanın qanunvericiliyinə, arbitraj qərarlarının tanınması və icrası prosedurlarını, qaydalarını müəyyən edən beynəlxalq müqavilələrə əsaslanmalıdır", - məlumatda vurğulanıb.

***

12:01

İrəvanda həbs edilmiş rusiyalı iş adamı Samvel Karapetyan və onun ailəsi Ermənistan hökumətinə qarşı başlatdıqları təcili arbitraj işini qazanıblar.

Bakıvaxtı.az-ın Ermənistan mediasına istinadən məlumatına görə, bu barədə Karapetyanın müdafiə şurası məlumat verib.

Arbitraj işi Karapetyan ailəsi tərəfindən Stokholm Ticarət Palatası Arbitraj İnstitutunda (SCC) 18 yanvar 1995-ci ildə Ermənistan və Kipr hökumətləri arasında imzalanmış investisiyaların təşviqi və qorunması haqqında sazişlə müəyyən edilmiş qaydada başladılıb.

Bildirilir ki, işin baxılmasında Ermənistan hökumətinin nümayəndəsi də iştirak edib.

22 iyul 2025-ci ildə bu Arbitraj İnstitutu tərəfindən təyin edilmiş təcili arbitraj Ermənistanı "Energetika haqqında" və "İctimai xidmətlərin tənzimlənməsi orqanı haqqında" yeni qəbul edilmiş qanunların müddəalarını "Ermənistan Elektrik Şəbəkələri" QSC-yə tətbiq etməkdən, həmçinin QSC-nin ekspropriasiyası (Karapetyana məxsus "Taşir" şirkətlər qrupuna daxildir - red.) üzrə növbəti addımlardan çəkinməyə məcbur edib.

Arbitraj təcili müdafiə tədbirlərinin tətbiqinin zəruriliyinə dair qənaətə gəlib, çünki Ermənistanın hərəkətləri "Ermənistan və Kipr arasında qüvvədə olan "İnvestisiyaların qarşılıqlı qorunması haqqında Saziş"ə riayət edilməsi ilə bağlı ciddi şübhələr doğurur".

Arbitraj həmçinin qeyd edib ki, "təcili təminat tədbirləri olmadan, əgər iddiaçılar şirkət üzərində nəzarəti itirsələr və ya daha pis halda, onun sahibi olmaqdan çıxsalar, onlara dəymiş zərərin tam kompensasiyasını almaq çətin olacaq".

"Təcili arbitrajın qərarı Ermənistanın hökuməti tərəfindən məcburi şəkildə icra edilməlidir", - məlumatda deyilir.

Qeyd edək ki, bu günlərdə QSC-nin müvəqqəti idarəedicisi vəzifəsinə baş nazir Nikol Paşinyanın yaxın silahdaşı təyin edilib.


SON XƏBƏRLƏR