İran Oman körfəzi və Hind okeanında genişmiqyaslı hərbi-dəniz təlimləri keçirir.
Bakıvaxtı.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, təlimlərin əsas mərhələsi “Sustainable Power 1404” avqustun 21-də start götürüb.
Bildirilib ki, İranın Hərbi-Dəniz Qüvvələrinin gəmilərindən və sahildən müxtəlif növ qanadlı raketlər buraxılıb.
Məlumata görə, bu, iyun ayında İsraillə hərbi qarşıdurmadan sonra ilk belə təlimdir