• Bakı 20° C

    11.76 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Ağ Evdən yeni viza rüsumu ilə bağlı açıqlama

DÜNYA

21 Sentyabr 2025 | 10:15

Ağ Evdən yeni viza rüsumu ilə bağlı açıqlama

ABŞ-da H-1B vizaları üçün tətbiq olunacaq yeni 100.000 dollarlıq rüsum bazar günü qüvvəyə minir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Reuters Ağ Ev-ə istinadən məlumat yayıb.

Məlumata görə, hər bir ərizə (petisiya) üzrə rüsum tutulacaq, lakin bu mövcud viza sahiblərinin ölkəyə yenidən girişində tətbiq olunmayacaq.

"Bu illik rüsum deyil. Bu, yalnız ərizəyə tətbiq olunan birdəfəlik ödənişdir," – Ağ Evin sözçüsü Karolin Leavitt bildirib.

Petisiya – bir şirkətin xaricdən ixtisaslı işçi gətirmək üçün verdiyi rəsmi müraciətdir.

Leavitt bildirib ki, hazırda ölkə xaricində olan H-1B viza sahiblərindən ABŞ-a qayıtmaq üçün 100.000 dollar alınmayacaq.


SON XƏBƏRLƏR

20 Sentyabr 2025