“Financial Times” ABŞ prezidenti ilə ukraynalı həmkarı arasında oktyabrın 17-də Ağ Evdə keçirilən gərgin görüşün pərdəarxası təfərrüatlarını açıqlayıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Vladimir Zelenski cümə günü, oktyabrın 17-də müttəfiqi Amerikadan silah və diplomatik dəstək istəmək üçün bu ölkəyə yollanıb. İki prezident arasında görüş müsbət ovqatda keçməyib. “Financial Time” yazır. Şahidlər Amerika prezidentindən qışqırıq səsləri, və söyüşlər eşidiblər. ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarını Rusiyanın təklif etdiyi sülh şərtlərini qəbul etməyə sövq etmək üçün hər şeyi edib.
Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin məsələni müzakirə etmək üçün D.Trampa zəng etmişdi. Hər iki şəxs 1994-cü ildə Rusiyanın Ukrayna sərhədlərinə hörmətlə bağlı öhdəlik götürdüyü memorandumun imzalandığı şəhər olan Budapeştdə görüşməyi planlaşdırırdı. Görünür, bu zəng zamanı bir razılaşma forması yaranıb. Rusiyanın tələbləri sərtdir: Kiyev Donbassdan imtina etməlidir.
Ukrayna prezidenti isə bunu rədd edib. Ağ Evdə Donald Tramp ukraynalı həmkarından Rusiyanın şərtləri ilə razılaşmağı tələb edib, əks halda Kreml hər şeyi məhv edəcək deyib. Görüş zamanı Zelenski cəbhə xəttinin xəritələrini, hətta Rusiyada Ukraynanın Amerikanın “Tomaqavk” raketləri ilə vura biləcəyi sahələri göstərib. Lakin Donald Tramp bu xəritələrə baxmayıb. Buna rəğmən Tramp mətbuata açıqlamasında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş çox maraqlı və səmimi keçdiyini söyləyib: “Mən hər iki ölkə rəhbərinə təklif etmişəm qətli dayandırmağın və razılaşmağın vaxtı çatıb".
Aydın Baxış
















