• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Paşinyan Papa ilə sülhü müzakirə etdi

DÜNYA

20 Oktyabr 2025 | 23:43 | Müəllif: Subhan Mahmudov

Paşinyan Papa ilə sülhü müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Vatikanın dövlət katibi kardinal Pyetro Parolinlə Azərbaycan və Ermənistan arasında sülhü müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Paşinyan və Parolin humanitar məsələlərin həllinin vacibliyini vurğulayıblar. Onlar ikitərəfli məsələlərə də toxunublar. Tərəflər Ermənistan hökuməti ilə Müqəddəs Taxt-Tac arasında dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq, onun inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026