• Bakı 26° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv edilib

DÜNYA

23 Iyul 2025 | 14:54

Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv edilib

Yunanıstanda onlarla türk qaçqının sığınacaq statusu ləğv edilib.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, Yunanıstanda Türk mafiyasının fəallığının artması hakimiyyət orqanlarını təşvişə salıb.

Məlumata görə, Yunanıstan hakimiyyəti sığınacaq statusunun ləğvi və cinayət şəbəkələrində iştirak edən Türkiyə vətəndaşlarının deportasiyası prosesini sürətləndirib.

Miqrasiya və Sığınacaq Nazirliyi ilə Vətəndaşların Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, hazırda Yunanıstana qaçqın kimi gələn yüzlərlə Türkiyə vətəndaşına qarşı "cinayət işlərinə qarışmaq" iddiası qaldırılıb.

Yunanıstan hakimiyyəti onların beynəlxalq müdafiə statusunu kütləvi şəkildə ləğv etmək və sonradan deportasiya proseslərinə başlamaq niyyətindədir.


SON XƏBƏRLƏR